Avropa Parlamentinin (AP) Xarici Ticarət Komitəsi Rusiya və Belarus gübrələrinə rüsumların artırılmasını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, “RİA Novosti” Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı yeni sanksiyaları barədə AP-dəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər təkcə gübrələrə deyil, yuxarıda adları çəkilən ölkələrdən gətirilən digər kənd təsərrüfatı məhsullarına da təsir edəcək.
AP mətbuat xidmətindən aydınlıq gətirilib ki, müvafiq məsələ ilə bağlı plenar iclasda səsvermə mayın 21-nə təyin edilib.
Mina Mikayılova