• Bakı 21° C

    14.57 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Polşa Prezidenti Sinqapuru tərk edə bilmir - SƏBƏB

DÜNYA

14 Iyun 2025 | 12:30

Polşa Prezidenti Sinqapuru tərk edə bilmir - SƏBƏB

Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki gərginliyə görə Sinqapurda qalmalı olub.

Bakıvaxtı.az “Polsat News”a istinadən xəbər verir ki, Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.

Əvvəlcə Polşa Prezidentinin təyyarəsinin cümə günü axşam uçacağı planlaşdırılırdı. Bununla belə, ölkənin Prezident Aparatı Yaxın Şərqdəki vəziyyət və marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar uçuşun daha uzun müddətə təxirə salındığını bildirib.

Nəşr qeyd edir ki, alternativ marşrut artıq müəyyən edilib və Dudanın olduğu təyyarə yaxın saatlarda yola düşməlidir.

Duda və həyat yoldaşı Aqata bazar ertəsindən Cənub-Şərqi Asiyadadır. Prezident ailəsi Malayziya və Sinqapurda olub.


SON XƏBƏRLƏR

14 Iyun 2025