• Bakı 34° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Makron: Paris Aİ üzvləri ilə dialoqa başlayacaq

DÜNYA

14 Iyul 2025 | 09:49

Makron: Paris Aİ üzvləri ilə dialoqa başlayacaq

"Fransa Aİ-yə üzv dövlətlərlə Fransanın nüvə arsenallarının köməyi ilə Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsində dialoqa başlamaq niyyətindədir". 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Fransa və Böyük Britaniya arasında nüvə qarşısının alınması qüvvələrinin koordinasiyasına dair əvvəllər bağlanmış sazişi xatırladıb. Həmçinin avqustda keçiriləcək Fransa-Almaniya Müdafiə Şurasının yekunlarına dair yeni birgə qərarları açıqlayıb.

"Kollektiv təhlükəsizliyin təmin edilməsində nüvə çəkindirici vasitəmizin rolunu tam qiymətləndirmək üçün Silahlı Qüvvələr Nazirinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə bu cür qarşılıqlı fəaliyyətdə iştirak etmək istəyən avropalı tərəfdaşlarla strateji dialoqa başlamağı tapşırmışam. Bir neçə günə Almaniya və Böyük Britaniya arasında görüş planlaşdırılır. Avqustun sonunda isə alman tərəfdaşlarımızla Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurasında görüşəcəyik, burada yeni qərarlar qəbul etməli olacağıq", - Makron vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR