• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Tramp və Zelenski arasında virtual görüş baş tutacaq

DÜNYA

13 Avqust 2025 | 09:03 | Müəllif: Əli Hüseynov

Tramp və Zelenski arasında virtual görüş baş tutacaq

ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens bu gün Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə virtual görüş keçirəcək.

Bakıvaxtı.az bu barədə Ukrayna mətbuatına istinadla xəbər verir.

Belə ki, məlumata görə, görüşdə Rusiyaya təzyiq strategiyaları, sülh prosesində atılacaq addımlar, işğal olunmuş ərazilərin gələcəyi və Ukraynaya təhlükəsizlik təminatları müzakirə ediləcək.

Avropa liderləri əvvəlcə Zelenski ilə Berlinin ev sahibliyi etdiyi konfransda mövqelərini əlaqələndirəcəklər. Daha sonra Tramp və Venslə videokonfrans baş tutacaq.

Qeyd edək ki, Trampın Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşü planlaşdırılır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026