• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya hücumunu PİSLƏDİ

DÜNYA

12 Sentyabr 2025 | 00:03

BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya hücumunu PİSLƏDİ

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin evi olan Dohaya 9 sentyabr hücumlarını pisləyib. Onlar insanların həlak olmaslı ilə bağlı dərin təəssüflərini bildiriblər", - deyə qeyd edilib.

Bildirilib ki, onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025