• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Meksikada daşqınlar: 31 nəfər...

DÜNYA

11 Oktyabr 2025 | 21:10 | Müəllif: Subhan Mahmudov

Meksikada daşqınlar: 31 nəfər...

Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti zərərçəkmiş ştatların rəsmilərinə istinadən məlumat yayıb.

Ən çox ölənlərin sayı 18 nəfərlə Hidalqo ştatında qeydə alınıb. Pueblada daha doqquz, Verakruzda üç, Queretaroda bir nəfər ölüb.

Təbii fəlakət, həmçinin Posa-Rika şəhərində suyun səviyyəsinin yerlərdə üç metri keçdiyi daşqın da daxil olmaqla, geniş dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026