• Bakı 15° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İsraildən Livana yeni tələb: Hər evdə axtarış aparılsın!

DÜNYA

10 Noyabr 2025 | 21:03

İsraildən Livana yeni tələb: Hər evdə axtarış aparılsın!

İsrail Livandan ölkənin cənubunda şəxsi evlərə sığınan Hizbullah üzvlərini tərksilah etməyi tələb edib.

Bakıvaxtı.az-ın məlumatına görə, İsrail tərəfi bildirib ki, Hizbullah tərəfdarlarının tərksilah tempi qənaətbəxş deyil.

Livan ordusu İsrailin bu tələbini rədd edib. Beyrut bəyan edib ki, hər evdə kütləvi axtarışların aparılması tərksilah prosesini poza, sabitsizliyə və vətəndaş iğtişaşlarına səbəb ola bilər:

"Onlar bizdən tələb edirlər ki, hər evdə axtarış aparaq. Biz bunu etməyəcəyik. Biz onların istədiyi kimi işləməyəcəyik".

Agentlik yazır ki, Livan hərbi rəhbərliyi hazırkı strategiyanın optimal olduğuna inanır və hakimiyyət ilkin plana uyğun olaraq ilin sonuna kimi Hizbullahın tərksilahını başa çatdırmağı hədəfləyir./Teleqraf


SON XƏBƏRLƏR