• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

DÜNYA

10 Dekabr 2025 | 13:04

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli bina uçub.

Xəsarət alanlar Fəs universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.


SON XƏBƏRLƏR

09 Dekabr 2025