• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Cənubi Afrikada Rusiyanın iştirakı ilə dəniz təlimləri başlayıb

DÜNYA

09 Yanvar 2026 | 14:42

Cənubi Afrikada Rusiyanın iştirakı ilə dəniz təlimləri başlayıb

Cənubi Afrikada bir neçə BRICS+ ölkəsinin iştirakı ilə "Sülh naminə iradə 2026" adlı dəniz təlimi başlayıb. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Müdafiə və Veteranlar İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər Çinin nəzarəti altında olan Cənubi Afrika ərazi sularında keçirilir. Təlim iştirakçıları üçün toplanma məntəqəsi Cənubi Atlantikada, Ümid burnunun yaxınlığında və Keyptaundan 40 kilometr cənubda yerləşən Cənubi Afrika Hərbi Dəniz Qüvvələrinin ən böyük bazası olan "Simon's Town"dur. 

Təlimin birinci mərhələsi qərargah səviyyəsində keçiriləcək, ardınca gəmilərin açıq okeana birgə yerləşdirilməsi həyata keçiriləcək. Təlimin mövzusu dəniz təhlükəsizliyinin və dəniz iqtisadi fəaliyyətinin təmin edilməsi üçün birgə tədbirlərdir. Manevrlərə dəniz təhlükəsizliyi əməliyyatları, qarşılıqlı fəaliyyət tədbirləri və bir sıra dəniz təhlükəsizliyi fəaliyyətləri daxil olacaq.

Təlimlər 16 yanvar tarixinə qədər davam edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Yanvar 2026