• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb

DÜNYA

08 Fevral 2026 | 12:01 | Müəllif: Əli Hüseynov

Kabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb

Kabildə yaşayış evində qaz balonunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.

Bakıvaxtı.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan paytaxtının qubernatorluğu məlumat yayıb.

Bildirilib ki, ailənin qışda istilik üçün istifadə etdiyi balon qaz sızması səbəbindən partlayıb.

Agentlik qeyd edir ki, müasir istilik infrastrukturunun olmadığı Əfqanıstanda əksər evlərin istiliyi üçün qaz balonlarından və ya ənənəvi sobalardan istifadə edilir. Bu səbəbdən ölkədə belə bədbəxt hadisələr tez-tez baş verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026