• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Tramp hərbi büdcəni 1,5 trilyon dollara çatdırmağı təklif edib

DÜNYA

09 Yanvar 2026 | 15:33

Tramp hərbi büdcəni 1,5 trilyon dollara çatdırmağı təklif edib

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini növbəti maliyyə ili üçün 50 faizdən çox artıraraq 1,5 trilyon dollara çatdırmağı təklif edib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Ölkəmizin rifahı naminə, xüsusən də indiki problemli və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır", - Tramp qeyd edib.

Tramp bu qərarın konqres üzvləri və digər siyasi nümayəndələrlə çətin danışıqlardan sonra verildiyini açıqlayıb. O, həmçinin bildirib ki, tariflərdən gələn böyük rəqəmlər olmasaydı, müdafiə büdcəsini 1 trilyon dollar səviyyəsində saxlamaq olardı.

Müdafiə xərcləri də daxil olmaqla, büdcə təklifi ətraflı layihələndirmə prosesindən sonra Konqresə təqdim ediləcək.

Xatırladaq ki, sentyabr ayında başa çatacaq cari maliyyə ili üçün müdafiə büdcəsi təxminən 900 milyard dollar təşkil edir ki, bu da indiyə qədərki ən böyük məbləğdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Yanvar 2026