Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Bharat Petroleum şirkətinin LNG üzrə bölməsinin rəhbəri Pandiyan Qoa şəhərində keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində The Hindu** qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Hindistanın dövlət neftayırma şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə LNG tədarükü barədə danışıqlar aparır. Eyni zamanda, təchizatın şaxələndirilməsi məqsədilə ABŞ-dan daha münasib qiymətə LPG alınması planlaşdırılır və bununla bağlı tender elan edilib.
Bakı 




