Son iki gündə Türkiyədə baş verən fırtına səbəbindən beş nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edilib ki, təbii fəlakət İstanbul, Bursa, Aksaray, Aydın, Karaman və Dənizli vilayətlərində ciddi fəsadlara səbəb olub.
***
11:33
Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına 3 nəfərin ölümünə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Qeyd edilib ki, şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub.
Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.
Bakı 




