Filippinin Cebu şəhərindəki zibilxanada baş verən sürüşmə nəticəsində bir nəfər ölüb, 30 nəfər itkin düşüb.
Bakıvaxtı.az "GMA News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xilas edilib, onlardan bir nəfəri xəstəxanada ölüb.
Dağıntılar altında 30 nəfərin qaldığı ehtimal olunur.
Hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Gülşən Şərif
Bakı 




