Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Pakistan" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
"Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər",- deyə xəbərdə vurğulanıb.
Qəzet bildirib ki, Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib, beş əfqan hərbçinin isə həlak olduğu bildirilib.
Toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.