• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

DÜNYA

11 Oktyabr 2025 | 23:02

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Madaqaskar Prezidenti Andri Radzuelina davam edən etirazlara görə Antananarivonu tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Jeune Afrique" məlumat yayıb.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, "Z nəsli" hərəkatının təşkil etdiyi nümayişlər sentyabrın 25-də Madaqaskarda başlayıb. Əvvəlcə etirazçılar su və elektrik enerjisinə çıxış istəyiblər, həmçinin Madaqaskarda səhiyyə sisteminin vəziyyətini və korrupsiyanın səviyyəsini tənqid ediblər. Daha sonra etirazçılar prezidentin istefası tələbini irəli sürüblər.

BMT iğtişaşlar nəticəsində azı 22 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını bildirsə də, ölkə rəsmiləri bu məlumatı təkzib edib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Madaqaskarın 30 milyon əhalisinin yalnız üçdə biri elektrik enerjisindən istifadə edə bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026