• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Hakan Fidan

DÜNYA

12 Sentyabr 2025 | 00:53 | Müəllif: Subhan Mahmudov

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Hakan Fidan

Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı mərhələdən davam etdirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan italiyalı həmkarı Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Sülh və atəşkəslə bağlı danışıqlar dayandırıldığı nöqtədən bərpa olunmalıdır. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərində yekdildir. Mən bunu hörmətli həmkarımla müzakirə etmişəm. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Əvvəldən müharibənin sona çatmasının vacibliyini dəfələrlə və israrla vurğulamışıq”, - deyə Fidan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026