• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Makron: Polşaya üç "Rafale" qırıcı təyyarəsi göndərəcəyik

DÜNYA

11 Sentyabr 2025 | 23:07

Makron: Polşaya üç Rafale qırıcı təyyarəsi göndərəcəyik

Fransa Rusiyanın Polşaya pilotsuz uçan aparatlarının müdaxiləsi fonunda bu ölkənin və Şərqi Avropanın digər dövlətlərinin hava məkanında patrulluq etmək üçün Varşavaya üç "Rafale" döyüş təyyarəsi göndərəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.

"Rusiyanın pilotsuz təyyarələrinin Polşaya müdaxiləsindən sonra müttəfiqlərimizlə birlikdə Polşanın hava məkanını və NATO-nun şərq cinahını qorumaq üçün üç "Rafale" qırıcısı göndərmək qərarına gəldim", - paylaşımda bildirilir.

Makron əlavə edib ki, bu öhdəliyi dünən Polşanın baş naziri Donald Tusk qarşısında götürüb, həmçinin məsələni NATO-nun baş katibi və şərq cinahın müdafiəsi ilə məşğul olan Böyük Britaniyanın Baş naziri ilə də müzakirə edib.

"Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz Rusiyanın artan hədə-qorxuları qarşısında geri çəkilməyəcəyik", - Fransa Prezidenti fikirlərini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025