• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

"İrəvan Moskvanın "kiçik qardaşı" olmaqdan çıxıb" - Ermənistan prezidenti

DÜNYA

12 Sentyabr 2025 | 00:31

İrəvan Moskvanın kiçik qardaşı olmaqdan çıxıb - Ermənistan prezidenti

"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyir. 

"Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə tərəfdaşlıqdır. Ermənistan Rusiyanın “kiçik qardaşından” tərəfdaşa çevrilib. Biz son dörd ildə real olaraq nəyə nail olmağa çalışırıq", - deyə Xaçaturyan bildirib.

O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025