• Bakı 32° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə təlimlərini pisləyib

DÜNYA

14 Iyul 2025 | 10:07

Şimali Koreya ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə təlimlərini pisləyib

Şimali Koreya üçtərəfli manevrləri "Koreya yarımadasında və ona bitişik ərazilərdə hərbi gərginliyin səviyyəsini artıran əsas təhlükə amili" adlandırıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya Müdafiə Nazirliyinin Siyasi Departamenti bəyanat yayıb.

Bəyanata görə, iyulun 11-də ABŞ, Yaponiya və Koreya Respublikası Koreya yarımadası və ətrafı üzərində müxtəlif növ bombardmançı təyyarələrdən, o cümlədən B-52H strateji bombardmançı təyyarələrdən istifadə etməklə təxribat xarakterli üçtərəfli birgə hava təlimləri keçirib. 

Bildirilib ki, ABŞ və Yaponiya, ABŞ və Koreya Respublikası arasında hərbi ittifaqlar nüvə əsaslı üçtərəfli hərbi ittifaqa çevrilib. Bütün sahələrdə inkişaf etdirilən üçtərəfli hərbi əməkdaşlıq Koreya yarımadasında uzunmüddətli qeyri-sabitlik və gərginlikdən xəbər verir ki, bu da istənilən vaxt hərbi qarşıdurmanın gözlənilməz mərhələsinə gətirib çıxara bilər.

Bəyanatda vurğulanıb ki, çoxtərəfli hərbi ittifaqın gücləndirilməsi istiqamətində regional təhlükəsizliyə təhdid yaradan təxribat xarakterli hərbi hərəkətlərə qarşı əks tədbirlərin görülməsi KXDR-in suveren hüququdur. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Iyul 2025