Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin toplantısından sonra mediaya brifinqdə deyib.
Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: "Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik".
Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub: "Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram".