• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

“Dünyaya bir də gəlsəm, Aynişan olmaq istərdim” – Aybəniz Haşımova

ŞOU

15 Aprel 2025 | 14:32

“Dünyaya bir də gəlsəm, Aynişan olmaq istərdim” – Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı açıqlamalar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb:

“Deyirəm, dünyaya bir də gəlsəm, Aynişan kimi gəlim. Elə bil, Allah onu proqram əsasında dünyaya gətirib. O insanın bir səhvi yoxdur. Nə deyirsə, hamısı düzdür. Mən də şir bürcüyəm, hərdən özümü göstərmək istəyirəm, deyirəm, mən də düşünə bilirəm. Sonra görürəm ki, Ayni düz deyirmiş. Mənim həm dostum, həm qızım, həm oğlum, hər şeyim, nəfəsimdir.

Həmişə ona deyirəm ki, sən mənim nəfəsimsən, insan nəfəsi bitəndə tükənir. Nəfəsim heç vaxt tükənməsin. Aynişanın timsalında bütün övladların arzularına çatdığını görək. Bəzən səhv arzular da edirik. Həmişə dua edəndə deyirəm ki, gözəl arzuların həyata keçsin.

Aynişanla keçirdiyim anlar həyatımın bütün gözəlliyini ifadə edir. Onsuz keçən günüm gün deyil. Onsuz keçən gündə yaşamıram. Aynişan yanımda olanda, onu hər görəndə elə bilirəm ki, ömrümə ömür calanır. Elə bilirəm bir yox, saysız dünya yaşayıram… Onsuz olduğum hər an. Təki xoşbəxt olsun. Dünyanın harasında yaşayırsa, təki sağlam və xoşbəxt ol.

Mənim bəsimdir, mən dözərəm, təki sən yaxşı ol, həyatın yaxşı olsun. Aynişan dünyaya gələnə qədər həyatı başa düşmürdüm. O, doğulandan sonra anladım ki, həyatın mənası nə və kim imiş. Elə bir arzum var ki, reallaşmağını gözləyirəm. Qoyun, deməyim, çünki hərdən özümün özümə gözüm dəyir. Gözdən qorxun. İnsan sevdiklərini də gözə gətirə bilir”.


SON XƏBƏRLƏR

15 Aprel 2025