• Bakı 15° C

    2.25 m/s

"Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir"

ŞOU

13 May 2025 | 22:46 | Müəllif: Subhan Mahmudov

"Cennifer Lopez bizim müğənnilərdən yaxşı geyinir"

Əməkdar artist Elnarə Abdullayeva bəzi sənət adamlarının geyimini tənqid edib. 

Bakıvaxtı.az xəbər verir ki, müğənni sənətçiləri Cennifer Lopeslə müqayisə edib:

"Musiqi də, yemək də qayıdacaq. Bir qayıtmayan vicdandır. Azərbaycanlılar vicdanlı, qeyrətlidirlər. Bu xanım bilir ki, birinin evini dağıdıb. Xanımlarda da birgəlik yoxdur. De ki, o, filankəsin evini dağıdıb, o məkanımızda harasa girə bilməz. Çıxırlar ağızlarına gələni deyirlər, uşaqlar da bunların yolu ilə gedirlər. Soyunduqca, onlara artıq pul verirlər. Geri gedirik, daş dövrünə. Bu vicdansızlığı Allah götürməz. Dünya dağılmalıdır. Efirdə də ağızlarına gələni danışırlar. Sonra deyirlər mən danışıram. Nə deyim, günü-gündən lütlənin. Bunu bir az nizamında edin də. Sonra deyirlər Cennifer Lopez və ya başqası belə geyinir. Onlar azərbaycanlı müğənnilərdən yaxşı geyinirlər. Dünyanın harasında axmaq, gərəksiz, səviyyəsiz şey var camaatın əksəriyyəti, oxuyanlar onu götürürlər. Heç yaxşı şeyi nümunə götürən yoxdur".  (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026