ABŞ-nin teatr və kino aktyoru Harris Yulin Nyu-Yorkda 88 yaşında ürək tutmasından vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Yulin tamaşaçıların yaddaşında "Çapıqlı üz", "Kabus ovçuları", "Təlim günü" məşhur filmləri və "Mister Bin" komediyası ilə qalıb.
Aktyor məşhur “Ozark” da daxil olmaqla bir sıra teleseriallarda da fəal rol alıb. O, son dəfə 2024-cü ildə rol oynayıb.
Yulin “Emmy” və “Drama Desk Award” mükafatlarına, 2019-cu ildə isə “Ozark” teleserialındakı roluna görə mükafata namizəd olub.