Müğənni Rəqsanə İsmayılova açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, o, həmkarı Arzuxanımın müdafiəsinə qalxıb.
"Biz öyrənmişik ki, yıxılana balta vuraq. Bunun əleyhinəyəm. Mən qadınam. O ifaçıdan 20-25 il öncə sənətə gələn müğənniyəm. Böyük kimi ona dəstək olmaq istərdim. Hər birimiz dəstək olmalıyıq. Bu həyatda heç kim sığortalanmayıb.
Şou-biznesdə elə narkomanlar var ki, sadəcə titulları var deyə onların adlarını hallandırmırsınız".