• Bakı 30° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

“900 manat maaş, makaron yemək...” - Kənan etiraz etdi

ŞOU

07 Avqust 2025 | 12:24

“900 manat maaş, makaron yemək...” - Kənan etiraz etdi

Sosial şəbəkələrdə İctimai Televiziya ilə bağlı yayılan sərt ifadələr diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımlardan birində tanınmış prodüser və aktyor Kənan M.M. (Mahmudov) telekanalda yaradıcı insanların zəhmətinə dəyər verilmədiyini bildirib. Onun sözlərinə görə, bəzi verilişlərə və seriallara aşağı büdcələr ayrılır, əməkhaqqı isə qeyri-adekvat dərəcədə azdır.

“Beş min manata serial çək, ayda 900 manat maaş al, yeməyə makaron ye, çəkilişdə öz paltarını geyin, evə metroyla qayıt… sonra da ‘bizi anlayın’ deyirlər”, – deyə Kənan M.M. qeyd edib. O, kanalda rəhbər vəzifədə olan bəzi şəxsləri “haqq yeyən”, ətrafındakıları isə “yaltaq” adlandıraraq sərt tənqid edib.

Kənan M.M. bildirib ki, yaradıcı insanların halal əməyi istismar olunur və bu cür münasibət davam etdiyi müddətcə ədalətdən danışmaq mənasızdır.

İddialar ictimaiyyət arasında ciddi rezonans doğurub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Avqust 2025