• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

"Disney" 10 milyon kompensasiya ödəyəcək

ŞOU

04 Sentyabr 2025 | 01:20

Disney 10 milyon kompensasiya ödəyəcək

"Disney" şirkəti yutub platformasında uşaqlardan məlumat toplamağa imkan yaratmaqda ittiham olunub və vəziyyəti həll etmək üçün 10 milyon dollar ödəməyi qəbul edib.

Bakıvaxtı.az  bu barədə axsam-a istinadən xəbər verir.

ABŞ Federal Ticarət Komissiyası (FTC) holdinqə qarşı şikayət qaldıraraq bildirib ki, "Disney" yutub kanalındakı bəzi videoları düzgün şəkildə “uşaqlar üçün” olaraq işarələməyib. Bu səbəbdən platforma 13 yaşdan kiçik tamaşaçılardan məlumat toplaya və onlara hədəflənmiş reklam göstərə bilib.

Komissiya qeyd edib ki, bu, internetdə uşaqların məxfiliyinin qorunması qaydalarının pozulmasıdır və işarələmə mexanizmi düzgün hazırlanmalıdır.

Xatırladaq ki, yutub 2019-cu ildən etibarən “Uşaqlar üçün hazırlanıb” etiketini tətbiq etməyə başlayıb. Buna səbəb həmin il platformanın eyni qaydaları pozmaqda ittiham olunması idi. O zaman şirkət problemi həll etmək üçün 170 milyon dollar ödəmişdi.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025