• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

"Qarabağ" iştirak ərizəsini açıqlayıb

İDMAN

03 Sentyabr 2025 | 14:46

Qarabağ iştirak ərizəsini açıqlayıb

"Qarabağ" klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib. 

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispan yarımmüdafiəçinin adı yoxdur.   

Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb.  

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsi:   

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç  

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə  

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə  

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə


SON XƏBƏRLƏR