• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Bu dəfə ən bahalı oldu - Tarixə düşdü

İDMAN

03 Oktyabr 2025 | 00:30

Bu dəfə ən bahalı oldu - Tarixə düşdü

Real Madrid klubunun 20 yaşlı futbolçusu Arda Güler, son həftələrdəki uğurlu çıxışı ilə Avropa futbolunun ən çox danışılan gənclərindən birinə çevrilib. Futbolçunun bazar dəyəri 45 milyon avrodan 60 milyon avroya yüksəlib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Güler, Türk futbol tarixində ən yüksək bazar dəyərinə sahib futbolçu statusunu qazanıb. Real Madrid forması ilə göstərdiyi oyun, vurduğu qollar və verdiyi məhsuldar ötürmələr (asistlər) ona həm İspaniya mətbuatından, həm də futbol mütəxəssislərindən böyük təriflər qazandırıb.

Ən dəyərli türk futbolçular - 2025 sıralaması

Transfermarkt məlumatlarına görə, tarixdə ən yüksək bazar dəyərinə sahib türk futbolçuların siyahısı belədir:

Arda Güler - 60 milyon avro (2025)

Kenan Yıldız - 50 milyon avro (2025, Juventus)

Hakan Çalhanoğlu - 45 milyon avro (2024, Inter)

Çağlar Söyüncü - 45 milyon avro (2021)

Orkun Kökçü - 35 milyon avro (2023)

Cengiz Ünder - 35 milyon avro (2018)

Arda Turan - 35 milyon avro (2015)

Ozan Kabak - 32 milyon avro (2020)

Ferdi Kadıoğlu - 30 milyon avro (2024)

Merih Demiral - 30 milyon avro (2020)/Milli.az


SON XƏBƏRLƏR

02 Oktyabr 2025