Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.
 Bakı
 Bakı 


