• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Poqba yenidən zədələnib 

İDMAN

01 Noyabr 2025 | 00:55 | Müəllif: Subhan Mahmudov

Poqba yenidən zədələnib

"Monako”nun yarımmüdafiəçisi Pol Poqba yenidən zədələnib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Knyazlıq klubu”nun baş məşqçisi Sebastian Pokonoli bildirib. 

Onun sözlərinə görə, təcrübəli yarımmüdafiəçi cümə axşamı məşqdə xəsarət alıb və komandasının bugünkü hazırlıq prosesinə qatılmayıb. Bu səbəbdən də Poqba 14-cü turda “Paris”ə qarşı keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək. 

Xatırladaq ki, fransız yarımmüdafiəçi oktyabrın əvvəlində də zədələnmişdi. Bu səbəbdən də Poqba “Monako”nun heyətində hələ ki debüt edə bilməyib. /Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026