• Bakı 20° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

"Turan Tovuz" rəsmisi: "Böyük ehtimalla "Şamaxı"nı Tovuzda qəbul edəcəyik"

İDMAN

03 Oktyabr 2025 | 14:19

Turan Tovuz rəsmisi: Böyük ehtimalla Şamaxını Tovuzda qəbul edəcəyik

"Turan Tovuz" komandası Misli Premyer Liqasının X turunda "Şamaxı"nı böyük ehtimalla Tovuz şəhər stadionunda qəbul edəcək.

Bakıvaxttı.az xəbər verir ki ,bu barədə Report-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev açıqlama verib.

O, arenanın ot örtüyünün oktyabrın sonunadək tam hazır olacağını xatırladıb:

"Hazırda işlər plan üzrə gedir və axsama yoxdur. Yekun ot biçimi və daha sonra test prosesi olmalıdır. Bundan sonra artıq məlumat veriləcək ki, biz X turun qarşılaşmasını öz evimizdə qəbul edə bilərik, ya yox. Lakin böyük ehtimalla bu belə olacaq".

Qeyd edək ki, Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan Tovuz" 2025/2026 mövsümünün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul edir. Misli Premyer Liqasında X turun matçları 31 oktyabr - 2 noyabrda baş tutacaq.


SON XƏBƏRLƏR