• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Salah Ueyn Runinin rekordunu təkrarladı

İDMAN

02 Noyabr 2025 | 09:48 | Müəllif: Subhan Mahmudov

Salah Ueyn Runinin rekordunu təkrarladı

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah "Mançester Yunayted"in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.

Bakıvaxtı.az-ın "Squawka"ya istinadən məlumatına görə, təcrübəli hücumçu buna Premyer Liqanın X turunda "Aston Villa"nı məğlub etdikləri (2:0) matçda fərqlənməklə nail olub.

O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.

Misirli forvard Mersisayd təmsilçisində yerli çempionatda 276 qolun vurulmasında yaxından iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi "Mançester Yunayted" forması ilə bunu bacarıb. O, Premyer Liqada "qırmızı şeytanlar"ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026