• Bakı 15° C

    3.49 m/s

Neymar və Vinisius Braziliya millisindən kənarda qala bilərlər

İDMAN

01 Dekabr 2025 | 23:15 | Müəllif: Subhan Mahmudov

Neymar və Vinisius Braziliya millisindən kənarda qala bilərlər

Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandaya yalnız 100% hazır olan oyunçuları dəvət edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ançelotti etiraf edib ki, Neymar və Vinisius Junior kimi oyunçular dəvət almaya bilərlər: "Mən 100% hazır olanları seçməliyəm. Bu, yalnız Neymara aid deyil. Buraya Vinisius da daxil ola bilər. Əgər Vinisius 90% hazır olsa, mən 100% hazır olan başqa bir oyunçunu çağıracağam, çünki bu komandanın ustaliq səviyyəsi, xüsusən də hücumda çox yüksəkdir".

Xatırladaq ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026