• Bakı C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi

İDMAN

30 Dekabr 2025 | 22:29

Fənərbaxça Milanın təklifini rədd etdi

Türkiyənin Superliqa təmsilçisi "Fənərbaxça" İtaliyanın "Milan" klubunun təklifini geri çevirib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İtaliya təmsilçisi İstanbul klubunun 30 yaşlı kapitanı Milan Şkrinyarı heyətinə cəlb etmək niyyətindədir. A Seriyası təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə slovakiyalı futbolçunun transferində israrlı mövqe sərgiləyir.

Lakin "sarı-lacivərdlilər" bu keçidə qəti şəkildə qarşı çıxıb. Baş məşqçi Domeniko Tedeskonun hesabatına əsasən, rəhbərlik müdafiənin "bel sütunu" sayılan oyunçunu komandada saxlamaq qərarına gəlib. Klub Şkrinyarla bağlı hər hansı danışığa açıq olmadıqlarını bildirib.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 27 matça çıxan təcrübəli müdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

30 Dekabr 2025