• Bakı C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu

İDMAN

30 Dekabr 2025 | 22:37

Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu

Norveçli qrossmeyster və 16-cı dünya çempionu Maqnus Karlsen Qətərin Doha şəhərində keçirilən blits üzrə dünya çempionatının qalibi olub.

Bakıvaxtı.az championat.com-a istinadən xəbər verir ki, o, titul uğrunda özbəkistanlı Nodirbek Abdusattarovu məğlub edib. Matç 2.5:1.5 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Karlsen əvvəllər 2009, 2014, 2017, 2018, 2019, 2022, 2023 və 2024-cü illərdə blits üzrə dünya birincisi olub. O həmçinin Dohada keçirilən dünya çempionatı çərçivəsində rapid növündə də bütün rəqiblərinə qalib gəlib.


SON XƏBƏRLƏR

30 Dekabr 2025