• Bakı 14° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Keçmiş həyat yoldaşından İkardiyə sərt sözlər - Hər kəs bu paylaşımdan danışır

İDMAN

02 Noyabr 2025 | 09:37

Keçmiş həyat yoldaşından İkardiyə sərt sözlər - Hər kəs bu paylaşımdan danışır

Argentinalı model Vanda Nara keçmiş həyat yoldaşı Mauro İkardiyə qarşı sosial mediada sərt sözlər səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Nara İkardinin övladlarının doğum günlərinə və məktəb tədbirlərinə laqeyd yanaşdığını bildirərək onu "məsuliyyətsiz ata" olmaqda ittiham edib.

"Təəssüf ki, bu gün məktəbin "Zoom" üzərindən keçirilən toplantısına belə qoşulmağa vaxt tapmadın. Qızların psixoloqları bir aydır səninlə danışmaq üçün vaxt gözləyirlər. Qızlarına vaxt ayıra bilməyən birinə bunu kim izah edəcək? Mən sənin ata kimi varlığın olmadan da onlar üçün hər şey edirəm. Bunu sadəcə qızlarımı məndən almaq üçün pul xərcləmək istədiyin vaxt yadına salmaq üçün deyirəm.

Sən telefonda ona İtaliyada biri ilə olduğunu söylədin və bu, onun gününü tamamilə korladı. Təəssüf ki, o insan səni nə daha yaxşı bir insan, nə də daha yaxşı bir ata edə bilir. 

27 oktyabrda, İsinin doğum günündə onun xoşbəxt olması üçün əlimdən gələni etdim, amma sən sadəcə bir telefon zəngi ilə onun gününü məhv etdin. Qızına bir buket gül və ya hədiyyə göndərməyi belə bacarmadınmı?", - Vanda Nara qeyd edib.

Bu paylaşım qısa zamanda rezonans yaradıb. (musavat.com)


SON XƏBƏRLƏR

01 Noyabr 2025