• Bakı 20° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Dünya çempionatının rəsmi topu təqdim edildi

İDMAN

03 Oktyabr 2025 | 12:10

Dünya çempionatının rəsmi topu təqdim edildi

FIFA 2026-cı il dünya çempionatında istifadə olunacaq rəsmi topu təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, “Trionda” adlanan top ispan dilində “üç dalğa” deməkdir.

Ağ fonda hazırlanan top üzərində qırmızı, mavi və yaşıl naxışlarla yanaşı, ev sahibi ölkələri simvolizə edən işarələr də yer alıb: Kanadanın ağcaqayın yarpağı, Meksikanın qartalı və ABŞ-ın ulduzu.

Mundial tarixdə ilk dəfə üç ölkədə – Kanada, Meksika və ABŞ-da keçiriləcək.

Turnir 15 iyun–13 iyul 2026-cı il tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025