• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

15 dəqiqəyə lüks yaxta niyə batdı?

DÜNYA

04 Sentyabr 2025 | 01:40

15 dəqiqəyə lüks yaxta niyə batdı?

Türkiyənin Zonquldak vilayətində Ereğli rayonunun sahilində inşa edilən 40 milyon lirə (təxminən 1 milyon 700 min manat) qiymətində lüks yaxta suya endirildikdən qısa müddət sonra batıb.

Bakıvaxtı.az xəbər verir ki, beş aylıq inşadan sonra sahibinə təhvil verilən yaxta suya endirildikdən cəmi 15 dəqiqə sonra sahildən təxminən 200 metr aralıda batıb.

Hadisə zamanı yaxtanın sahibi, kapitan və iki heyət üzvü üzərək sahilə çıxmağı bacarıblar. İlkin ehtimallara görə, batma mühəndislikdə olan qüsur səbəbindən baş verib.

Məsələ ilə bağlı araşdırmalar davam edir./Milli.az


SON XƏBƏRLƏR

03 Sentyabr 2025