Fransa prezidenti Emmanuel Makron fransız fotojurnalist Antoni Lallikanın PUA tərəfindən öldürüldüyünü təsdiqləyib və başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.
"Həmyerlimiz, fotojurnalist Antoni Lallikan cəbhədə Ukrayna ordusunu müşayiət edib. Onun ölüm xəbərini dərin hüznlə öyrəndim", - deyə Makron qeyd edib.
Qeyd edək ki, Lallikan Donetsk vilayətindəki Drujkivka yaxınlığında pilotsuz təyyarə ilə öldürülüb, onun “Kiyev Independent”dəki həmkarı Qrixori İvançenko isə yaralanıb.