• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Berlində terakta hazırlaşan Suriya vətəndaşı saxlanıldı

DÜNYA

02 Noyabr 2025 | 20:33

Berlində terakta hazırlaşan Suriya vətəndaşı saxlanıldı

Berlində terror aktı hazırlığında şübhəli bilinən şəxs polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ildən Almaniyada yaşayan Suriya vətəndaşı Abdalla R. adlı şəxsin kamikadze hücumu törətməyi planlaşdırdığı ehtimal edilir. Onun yaşadığı üç fərqli ünvanda aparılan axtarışlar zamanı partlayıcı qurğuların hazırlanması üçün lazımi materiallar aşkar edilərək götürülüb. Təqsirləndirilən şəxsin həmin materialları internet vasitəsilə sifariş verdiyi ehtimal olunur.

Saxlanılan şəxsin İŞİD terror təşkilatının tərəfdarı olduğu, sosial şəbəkələrdə həmin təşkilatın təbliğat xarakterli materiallarını paylaşdığı müəyyən edilib. O, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətə hazırlaşmaqda ittiham olunur.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025