• Bakı 11° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Rusiya bu ölkəyə yeni səfir təyin etdi

DÜNYA

02 Dekabr 2025 | 20:08

Rusiya bu ölkəyə yeni səfir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Sergey Andreyevi Rusiyanın Slovakiyadakı yeni səfiri təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin rəsmi portalında qeyd olunub.

Putin başqa bir fərmanla Andreyevi Rusiyanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Sergey Andreyev Moskva Dövlət Universitetinin məzunudur. Bundan əvvəl o, Rusiyanın Portuqaliyadakı səfirliyində müşavir-nazir, eləcə də Anqolada (2002-ci ilə qədər) və Norveçdə (2010-cu ilə qədər) səfir vəzifələrində çalışıb. Andreyev 2014-cü ildən Rusiyanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri olub.


SON XƏBƏRLƏR