• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putindən xəbərdarlıq: Avropa müharibəyə başlasa...

DÜNYA

02 Dekabr 2025 | 19:41 | Müəllif: Subhan Mahmudov

Putindən xəbərdarlıq: Avropa müharibəyə başlasa...

Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunda çıxışı zamanı bildirib.

Putin qeyd edib ki, Rusiya Avropa ilə müharibə başlatmaq niyyətində deyil, lakin mümkün təxribatlara cavab verməyə tam hazırdır.

“Biz Avropa ilə müharibə etmək istəmirik. Amma əgər Avropa özü müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır”, – deyə o vurğulayıb.

Dövlət başçısı həmçinin bildirib ki, Avropa ölkələrinin Ukrayna ilə bağlı irəli sürdüyü sülh planı Moskva üçün qəbuledilməzdir:
“Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın gələcəkdə danışıqlar aparmağa adam qalmaya bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026