• Bakı 12° C

    11.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Bu ölkələr sərhədlərini AÇDI

DÜNYA

02 Dekabr 2025 | 18:29

Bu ölkələr sərhədlərini AÇDI

Özbəkistan 2021-ci ildən bəri ilk dəfə Əfqanıstanla sərhədini açıb. 

Bakıvaxtı.az xəbər verir ki, bundan sonra hər iki ölkənin vətəndaşları ölkələr arasında Termez-Hayraton körpüsündən keçə bilərlər. Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının məlumatına görə, viza tələbləri qüvvədə qalır.

Bundan əlavə, özbək sahibkarlarına Əfqanıstan bazarına daxil olmaq üçün bir sıra şərtlər təklif olunur:

▪️Hayratan və Məzari-Şərifdə anbar icarəsi xərclərinin tam ödənilməsi;

▪️Əfqanıstanın 34 əyalətində reklam xərclərinin tam ödənilməsi.


SON XƏBƏRLƏR