• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Livandan gələn təhdidlərə cavab veriləcək - Netanyahu

DÜNYA

02 Noyabr 2025 | 20:23 | Müəllif: Subhan Mahmudov

Livandan gələn təhdidlərə cavab veriləcək - Netanyahu

İsrail Livandakı Hizbullah üzvlərinin yenidən silahlanmağa cəhd etdiyinə inanır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

O, İsrailin özünü müdafiə etmək hüququndan istifadə edəcəyini və Livandan gələn yeni təhlükələrin qarşısını alacağını vurğulayıb.

“Hizbullah silahlanmağa və özünü yenidən təşkilatlandırmağa çalışır. Biz Livan hökumətindən öz vədlərini yerinə yetirməsini, yəni Hizbullahı tərk-silah etməyi gözləyirik, lakin atəşkəs razılaşmasına nəzərdə tutulduğu kimi, özümüzü müdafiə hüququmuzdan istifadə edəcəyik”, - deyə baş nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026