• Bakı 29° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

"Həzi Aslanov" metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb

CƏMİYYƏT

03 Sentyabr 2025 | 15:45

Həzi Aslanov metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasındakı yenidənqurma işlərində yeni mərhələyə start verilib. 

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, infrastrukturun müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə stansiyanın dalan yollarında əsaslı təmir işləri aparılır, örtük və divarlar gücləndirilir, köhnə bloklar yeniləri ilə əvəzlənir, antikorroziya və hidroizolyasiya tədbirləri görülür. Təmir prosesində sərnişinlər "Həzi Aslanov–Əhmədli" marşrutu üzrə hərəkət etməyə davam edir.

Məlumata əsasən, metro stansiyasında yenidənqurma işlərinə 2026-cı ildə yekun vurulması planlaşdırılır.


SON XƏBƏRLƏR