Bakıda zəncirvari qəza olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Salyan şossesinin 22-ci kilometrliyində ("Jurnalistlər binası"nın qarşısında) qeydə alınıb.
Belə ki, 4 avtomobil bir-biri ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.
Hadisə səbəbindən yolda sıxlıq yaranıb.
Əli Hüseynov