• Bakı 15° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Kənan Nəsibov Avropa çempionu oldu

CƏMİYYƏT

01 Noyabr 2025 | 22:37

Kənan Nəsibov Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, idmançımız finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.


SON XƏBƏRLƏR

01 Noyabr 2025