• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni nazir kollektivə təqdim olundu - FOTOLAR

CƏMİYYƏT

01 Dekabr 2025 | 21:36 | Müəllif: Subhan Mahmudov

Yeni nazir kollektivə təqdim olundu - FOTOLAR

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

Onun sözlərinə görə, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.


Yeni nazir kollektivə təqdim olundu - FOTOLARYeni nazir kollektivə təqdim olundu - FOTOLARYeni nazir kollektivə təqdim olundu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR