• Bakı C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Göyçayda ağır qəzada xəsarət alanların vəziyyti açıqlanıb - YENİLƏNİB

CƏMİYYƏT

31 Dekabr 2025 | 20:32

Göyçayda ağır qəzada xəsarət alanların vəziyyti açıqlanıb - YENİLƏNİB

Bu gün saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

***

20:07

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşub.

Nəticədə 2018-ci il təvəllüdlü uşaq həlak olub, biri azyaşlı olmaqla daha 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

 Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 Dekabr 2025